Modern.az

Heydər Əsədov İsrailə səfər edib

Heydər Əsədov İsrailə səfər edib

19 Fevral 2014, 11:34


Xəbər verildiyi kimi, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti kənd təsərrüfatı sahəsində əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi məqsədi ilə İsraildə səfərdədir.

Moden.az-ın məlumattına görə, səfər çərçivəsində 2014-cü il 18 fevral tarixində nazir Heydər Əsədov  İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyində görüş keçirib. Görüşdə İsrailin kənd təsərrüfatı strukturu və siyasəti, qanunvericilik, tənzimləmə, kooperativlər, idarəetmə sistemi, aqrar sahəyə dövlət dəstəyi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonra nazir Heydər Əsədov Kənd Təsərrüfatı İnkişaf və Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəz (CİNADCO) ilə tanış olmuşdur. Mərkəzdə, Azərbaycanın kənd təsərrüfatı mütəxəssislərinin CİNADCO tərəfindən təşkil olunan təlim kurslarında iştirak imkanları, eləcə də Mərkəz tərəfindən ölkəmizin aqrar sahəsindəki prioritetlər üzrə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Daha sonra nazir Heydər Əsədov İsrail - Azərbaycan Ticarət və Sənaye Palatasının və İsrailin aqrar sənaye sahəsini təmsil edən nümayəndələr ilə görüşərək aqrar sahədə investisiya qoyuluşu barədə müqabil tərəflərlə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, səfər çərçivəsində 2014-cü il 19 fevral tarixində nazir Heydər Əsədovun İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə görüşü nəzərdə tutulub.

 

 

Modern.az

   
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU