Modern.az

Azərbaycanla Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimlərə başladılar

Azərbaycanla Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimlərə başladılar

17 İyun 2025, 13:28

Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın "Xəzər küləyi - 2025" birgə hərbi təlimləri başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, birgə təlimlər dəniz iqtisadiyyatının fəaliyyət obyektlərinin, gəmiçiliyin təhlükəsizliyinin artırılmasına yönəlib.

Təlimlərin açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir