Modern.az

ATV-də heç bir veriliş qapadılmayıb - Telekanaldan AÇIQLAMA

ATV-də heç bir veriliş qapadılmayıb - Telekanaldan AÇIQLAMA

19 Fevral 2014, 12:55


““ATV Olay” və “ATV Aktual” verilişlərinin yayımı dayandırılacağı barədə məlumatlar tamamilə əsassızdır. Bu verilişlərin bağlanması ilə bağlı hər hansı bir qərar yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında "Azad Azərbaycan" Televiziya Şirkətinin mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu deyib.

O, qeyd edib ki, şirkət daxilində bu iki verilişin dayandırılması məsələsi müzakirə edilməyib. “Ümumiyyətlə telekanallarda sentyabr və fevral ayları yeni layihələrin, efirdə yeniliklərin müzakirə edildiyi bir zamandır. Amma konkret olaraq hər hansı bir verilişin, xüsusilə qeyd etdiyiniz iki verilişin yayımının dayandırılması məsələsi müzakirə edilməyib. Qərar olmadan belə məlumatların verilməsi isə bilmirəm nə dərəcədə düzgündür”.

Aytən ƏLİYEVA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU