Modern.az

TQDK Mətbuat Şurası ilə birgə "Jurnalistika" ixtisasına qəbul üçün təkliflər hazırlayır

TQDK Mətbuat Şurası ilə birgə "Jurnalistika" ixtisasına qəbul üçün təkliflər hazırlayır

Təhsil

19 Fevral 2014, 12:57

Modern.az saytının məlumatına görə Azərbaycan Mətbuat Şurası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına "Jurnalistika" ixtisasına qəbulda bakalavriat səviyyəsi üzrə qabiliyyət imtahanının tətbiq edilməsi ilə bağlı müraciət olunub. Bununla əlaqədar olaraq komissiyada TQDK-nın və Mətbuat Şurası  rəhbərliyinin görüşü keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Aparılan müzakirələrin nəticəsi olaraq TQDK tərəfindən 2014-cü il üçün "Jurnalistika" ixtisası üzrə bakalavriat və magistratura səviyyələrinə qəbulda qabiliyyət imtahanları prosedurları haqqında təkliflər hazırlanaraq Mətbuat Şurasına göndərilib. Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı həmin qurumun rəy bildirməsi, bu istiqamətdə dəqiq hədəflərin, məqsəd və perspektivlərin müəyyənləşdirilməsinin, konkret qiymətləndirmə meyarlarının və digər zəruri amillərin birgə işlənib hazırlanmasının vacibliyi vurğulanıb.
Qabiliyyət imtahanları ilə bağlı təkliflərin ətraflı müzakirəsi üçün Mətbuat Şurasında yaradılmış işçi qrupunun üzvləri ilə TQDK-da növbəti görüş 2014-cü il mart ayının 4-də keçiriləcək.  

Misranə Həsənzadə
     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU