Modern.az

Xocalıda hər iki valideynini itirmiş “25-lər” haqda kitab çıxdı - FOTO

Xocalıda hər iki valideynini itirmiş “25-lər” haqda kitab çıxdı - FOTO

19 Fevral 2014, 13:35

Modern.az-ın baş redaktoru Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabı nəşr edilib. Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilən kitab fevralın 25-dən 26-a keçən gecə hər iki valideynini itirmiş 25 nəfərə həsr edilib.

“Böyüməyən uşaqlar”da “25-lər”dən hər biri öz acı həyat hekayətini nəql edir. Kitabda faciə nəticəsində yaşadıqları dəhşətlərdən sarsılmış və uşaqlığını mənən itirmiş şəxslərə dair gerçəklər fotoların diliylə də oxuculara çatdırılır.

Müəllif E. Eyvazlı ilə bərabər, Milli Məclisin deputatı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü Rövşən Rzayev və Milli Məclis üzvü Fuad Muradov da “Böyüməyən uşaqlar”a ön söz yazıblar. Kitabın redaktoru Əziz Rzazadə, texniki redaktoru Rasim Mədəddir.  

Modern.az
 
Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?