Modern.az

Xocalı soyqırımı ilə bağlı Fransa Senatına bəyanat veriləcək

Xocalı soyqırımı ilə bağlı Fransa Senatına bəyanat veriləcək

19 Fevral 2014, 14:10

“Paris Azərbaycan Evi” fevralın 23-də 2014-cü il tarixində Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Parisdə, Mars çöllərində (Champs de Mars) sülh divarı adlanan abidə önündə anma mərasimi təşkil edəcək.

Bu barədə Modern.az-a açıqlamasında “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva deyib. O, qeyd edib ki, tədbir zamanı “Xocalı uşaqların gözü ilə” rəsm əsərləri sərgilənəcək. “Gələn insanlara soyqırım haqqında bukletlər paylanılacaq, hər bir şəhidin xatirəsi üçün sülh divarı ətrafında güllər düzüləcək.

“Paris Azərbaycan Evi” Fransa Senatına, parlamentə soyqırmla əlaqədar bəyanat təqdim edəcək.

Mərasimə çox sayda xarici və həmyerlimizin gəlişi gözlənilir”.

Aytən ƏLİYEVA 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU