Modern.az

Özünü ailə münaqişəsinə görə yandıran qadın reanimasiyadadır - HƏKİM

Özünü ailə münaqişəsinə görə yandıran qadın reanimasiyadadır - HƏKİM

Təhsil

19 Fevral 2014, 14:46

“Dünən özünü yandıran qadın Şəfiqə Quliyeva 79 yaşındadır. Deyilənə görə, ailə münaqişəsi zəminində baş verən narazılıqla bağlı özünü yandırıb. Hazırda reanimasiyadadır. Vəziyyəti çox ağırdır. Bədəninin 65 faizi yanıb. Demək olar ki, tənəffüs yolları tamamilə yanıb. Yaşı çox olduğundan da toparlanması çox çətindir. Ümidvverici bir şey deyə bilməyəcəyəm”.

Bunu Modern.az-a açıqlamasında 5 saylı Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov dünən üzərinə neft təkərək, özünü yandıran qadın haqda danışarkən dedi.

Həkim bildirdi ki, qayınatasının həyətində üzərinə benzin tökərək özünü yandıran Kürdəmir rayonunun Topalhəsənli kənd sakini, Rahim Abdullayevin vəziyyəti  yavaş-yavaş yaxşıya doğru gedir”.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU