Modern.az

Müdafiə haqqında qanun DƏYİŞİR

Müdafiə haqqında qanun DƏYİŞİR

Aktual

18 İyun 2025, 19:47

Ərazi müdafiəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin 21 iyunda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müdafiə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaradıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU