Modern.az

Rejissor Eldar Quliyev “Sovetski”nin sökülməsi haqda: “Köhnə Bakını itiririk”

Rejissor Eldar Quliyev “Sovetski”nin sökülməsi haqda: “Köhnə Bakını itiririk”

19 Fevral 2014, 15:48

Bakının Baş Planına əsasən “Sovetski” adlanan ərazinin sökülməsi həm də az qala folklor səviyyəsinə qalxan Köhnə Bakı imicinə zərbə vurur. Paytaxtın bu köhnə məhəlləsi özünün yaşam  və düşüncə tərzi ilə həmişə seçilib.
Modern.az saytı bu həyat tərzini özündə çox böyük ustalıqla əks etdirən məşhur “Bir cənub şəhərində” filminin rejissoru, xalq artisti Eldar Quliyevdən “Sovetski”nin sökülməsinə münasibət öyrənib.

Köhnə Bakı nostalgiyasını dilə gətirən rejissor filmin “Sovetski”də çəkilmədiyini desə də, ümumilikdə o yerlərin onun üçün çox doğma olduğunu bildirib.

“Özüm Təzəpir məscidinin yaxınlığında böyümüşəm. Əlbəttə, köhnə Bakının itməyi çox pisdir. Amma siz onu da təsəvvür edin ki, o tərəflərdə adamlar necə pis şəraitdə yaşayırdılar. Mənzillərdə ayaqyolu ilə hamam eyni idi. Bu gün belə şəraitdə yaşamaq olmaz. Bakılılar gərək müasir evlərdə yaşasınlar. Amma o biri tərəfin də deyim ki, köhnə Bakı özünü itirir. İndi bir blokda yaşayan qonşular bir-birini tanımırlar. Əvvəllər məhəllədə xeyir, ya şər olanda bütün hamı yığışıb kömək edirdi. Heç kim özünü yalqız hesab eləmirdi. Bilirdi ki, yanında qonşuları var. Amma indi bir-birimizi heç blokun ağzında görəndə belə, tanımırıq“.


Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir