Modern.az

Kiyevdə döyüş gedəndə Yanukoviç Putinə zəng edib - FOTOLAR

Kiyevdə döyüş gedəndə Yanukoviç Putinə zəng edib - FOTOLAR

19 Fevral 2014, 23:59

Ukraynada etirazçılara qarşı güc tətbiqi ilə bağlı prezident Viktor Yanukoviçə rusiyalı həmkarı Vladimir Putinin məsləhət vermədiyi iddia olunsa da, iki dövlət başçısı arasında telefon danışığının olduğu təsdiqlənib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, Yanukoviç məhz Kiyevdə qanlı qarşıdurma gedən vaxt Rusiya prezidentinə zəng edib. Bunu Putinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. Ancaq o, iki dövlət başçısının telefon danışığının məğzini açıqlamayıb.

Qeyd edək ki, dünəndən Ukrayna paytaxtında etirazçılarla güc strukturları arasında baş verən qarşıdurma zamanı yüzlərlə insane yaralanıb, ən azı 25 nəfər dünyasını dəyişib.


















Modern. az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU