Modern.az

Azərbaycanlı deputatlar Afrikada - FOTOLAR

Azərbaycanlı deputatlar Afrikada - FOTOLAR

19 Fevral 2014, 16:47

Milli Məclisin üzvləri Tahir Rzayev, Fazil Mustafa və Azər Badamov Cənubi Afrika Respublikasında səfərdədirlər.

Modern.az xəbər verir ki, deputatlar bu ölkədəki səfirimiz Elxan Poluxov tərəfindən qəbul edilib. Qəbulda bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər.  

E.Poluxov deputatlara Cənubi Afrika Respublikası ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlər barədə məlumat verib, parlamentlərarası əlaqələrin zəruriliyini vurğulayıb. Millət vəkilləri Azərbaycan icmasının fəaliyyəti və problemləri ilə bağlı müzakirələr aparıb.  

Azərbaycanlı deputatlar Mustafa Alagözoğlu və başqa təhsil mütəxəssisləri ilə birlikdə özəl türk məktəblərini də ziyarət edib, Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada “Star Okul”da Türk icması təmsilçiləri ilə görüşüblər. Onlara türk məktəblərinin təhsil fəaliyyəti ilə bağlı məlumat verilib. Daha sonra millət vəkilləri Türk diaspor quruluşlarının fəaliyyəti və Azərbaycan diasporu ilə çalışmaların əlaqələndirilməsi mövzusunda müzakirələr aparıblar.












Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...