Modern.az

Dövlət Qulluğu Komissiyası 62 nəfəri müvafiq dövlət orqanlarına təqdim edib

Dövlət Qulluğu Komissiyası 62 nəfəri müvafiq dövlət orqanlarına təqdim edib

19 Fevral 2014, 16:45

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən dövlət qulluğuna qəbulla bağlı 4, 25 oktyabr və 5, 20 noyabr 2013-cü il tarixlərdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi davam edir.

DQMK-dan Modern.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün qeydə alınmış 6406 nəfərdən 1374 nəfəri test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçib. Onlardan 1258 nəfəri müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini Komissiyaya təqdim edib.

Müsabiqənin müsahibə mərhələsi 23 dekabr 2013-cü il tarixdən başlanıb. İndiyə kimi müsahibədə iştirak etmiş 491 namizəddən 158 nəfəri bu mərhələdən də uğurla keçib. 37 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak etməyib, 296 nəfər isə vəzifəyə uyğun hesab edilməyib. Müsabiqənin müsahibə mərhələsi 21 dövlət orqanı üzrə başa çatıb. Bu dövlət orqanları üzrə müsahibədən uğurla keçmiş 62 namizəd Komissiya tərəfindən müvafiq dövlət orqanlarına təqdim edilib.

 

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU