Modern.az

Dilarə Əliyeva qardaşının son durumunu açıqladı

Dilarə Əliyeva qardaşının son durumunu açıqladı

Aktual

20 İyun 2025, 10:28

Tanınmış aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb. Belə ki, beyninə qan sızan aktyor təcili olaraq xəstəxanaya yerləşdirilib.

Vüsal Murtuzəliyev Əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.

Modern.az aktyorun bacısı ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Dilarə Əliyeva bildirib ki, Vüsal Murtuzəliyevin hazırkı vəziyyəti kafidir:

“Hazırda Vüsal həkimlərin nəzarəti altındadır. Amma vəziyyəti normallaşıb, qaydasındadır. Həmişə gördüyünüz, bildiyiniz Vüsaldır”.

Aktyorun nə zaman xəstəxanadan buraxılacağına gəlincə, Dilarə Əliyeva bunun həkimlərin qərarından asılı olduğunu deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB