Milli Şuranın bu gün keçirilən sessiyasında Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər çıxış edib. Modern.az-ın məlumatına görə, S. Əkbər deyib ki, Milli Şura seçkidən sonra ciddi zərbələr aldı: “Siyasətçilərin bir neçəsi istefa verdi. Fikir verdinizsə, indiki üzvlər çıxış etməyə də həvəsli deyillər. Bunun üçün stimullaşdırıcı addımlar atılmalıdır. Münasibətlərdə sərt qaydalar olmamalıdır, elastikliyə üstünlük verilməlidir. Sıralarımızı rahatca tərk edə bilirlər, amma üzvlərin qəbulu məsələsi bir qədər çətindir. Bir də əsas Milli Şuranın məqsədi aydınlaşdırılmalıdır. Bunlar olmazsa, Milli Şura uğurla fəaliyyət göstərə bilməyəcək”.
İlkin