Modern.az

Tanınmış jurnalist Natiq Cavadlı işdən çıxarıldığını təsdiqlədi

Tanınmış jurnalist Natiq Cavadlı işdən çıxarıldığını təsdiqlədi

Media

19 Fevral 2014, 21:50

Tanınmış jurnalist Natiq Cavadlı bu gün çalışdığı “Bizim yol” qəzetindəki işindən çıxarılıb. Modern.az saytının məlumatına görə, bu barədə sosial şəbəkələrdə yayılan xəbərləri “Bizim yolun redaksiyasından da təsdiqləyiblər.

Məlumata görə, jurnalistin işdən çıxarılmasına Natiq Cavadlının Müsavat Partiyasının üzvü iqtisadçı ekspert Qubad İbadoğlundan götürdüyü müsahibə səbəb olub. Belə ki, Qubad İbadoğlu həmin müsahibədə Dövlət Gömrük Komitəsi ilə bağlı tənqidi fikirlər səsləndirib. Həmin fikirlər isə redaktə edilmədən qəzetdə yayımlanıb.
Bundan sonra qəzetin rəhbərliyi Natiq Cavadlını çağıraraq işdən ayrılması barədə göstəriş verib.

Modern.az saytı Natiq Cavadlı ilə əlaqə saxlayıb. Jurnalist işdən ayrıldığını təsdiqləsə də, bu haqda danışmaq istəməyib. Ancaq bildirib ki, bundan sonra “Bizim yol” qəzetinə qayıtmağı düşünmür. N.Cavadlı hələlik "BBC Azərbaycanca" ilə əməkdaşlıq edəcəyini söyləyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi