Modern.az

Saxlanılan icra başçısı Baş nazirin köməkçisinin xalası oğludur

Saxlanılan icra başçısı Baş nazirin köməkçisinin xalası oğludur

Ölkə

20 İyun 2025, 15:51

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax rayonunda əməliyyat keçirib.

Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanıldığı bildirilir.

Qeyd edək ki, M.Şəkiliyev bu vəzifəyə 2010-cu ildə təyin olunub.

Modern.az-ın məlumatına görə, Musa Şəkilliyev Baş nazirin köməkçisi Əhməd Əhmədzadənin xalası oğludur.

Əhməd Əhmədzadə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri olub. O, 2006-cı ildən 2024-cü ilədək “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri işləyib. 2024-cü ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.

Ə.Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə hazırda Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!