2013-cü ildə Azərbaycanda qeyri-hökumət təşkilatlarının sayının artması davam edib. Modern.az-ın məlumatına görə, bu haqda ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə bildirilib. Qeyd edilib ki, ötən il 135 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 138 mətbu nəşr uçota götürülüb. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3.900-ü ötüb, KİV-lərin sayı isə 4.900-ə çatıb.
Həmçinin, 67,2 milyon manat məbləği əhatə edən 1800-dən çox qrant müqaviləsi qeydiyyata alınıb.