21 fevral Beynəlxalq Ana Dili Günü-dür. Modern.az-ın məlumatına görə, bu münasibətlə, Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin təşəbüsü ilə tədbir keçiriləcək. Tədbirdə, İranda hakimiyyət tərəfindən qeyri-fars millətlərin, özəlliklə Güney Azərbaycan türklərinin öz ana dilərində təhsilə qoyulan qadağa, bu qadağaya qarşı olanların təqib və təziqlərə məruz qalmaları, ana dilində təhsilin insanın inkişafında rolu müvzularında çıxışlar və müzakirələr nəzərdə tutulur.
Tədbirdə, MDHP rəhbərliyi ilə yanaşı, millət vəkiləri, hüquqşünaslar, dilçi alimlər, ictimai-siyasi xadimlər, ictimai, siyasi təşkilatların nümayəndələri və tələbələr mövzu ətrafında çıxışlar edəcəklər.
Xatırladaq ki, UNESCO 1999-ci ildən 21 fevralı “Beynəlxalq Ana Dili Günü” elan edib.
Tədbirin sonunda beynəlxalq insan haqqları təşkilatlarına İranda yaşayan qeyri-fars millətlərin, özəlliklə Azərbaycan türklərinin öz ana dilində təhsil hüququnun bərpa olunması ilə əlaqədar müraciət qəbul olunacaq.
Bütün media nümayəndələri dəvətlidir.
Tədbir, 21 fevral 2014-ci il tarixində, saat 15:00-da MDHP Mərkəzi Qərargahının konfrans zalında keçiriləcək.
Ünvan: Bakı ş. M.Məmmədzadə k. 5/7 (N.Nərimanov metrosunun yaxınlığı, Nərmanov Yol Polisi İdarəsilə üz-bəüz)
Modern.az