Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
İngiltərənin "Arsenal" klubu öz meydanında Almaniya çempionu "Bavariya"nı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 8-ci dəqiqəsində "Arsenal"dan Məsut Özil, 40-cı dəqiqədə isə "Bavariya"dan David Alaba penalti zərbəsindən yararlana bilməyib.
Digər qarşılaşma İtaliyada baş tutub. Burada yerli "Milan" Madridin "Atletiko" klubu ilə üz-üzə gəlib. Bu oyunda da qonaqlar qələbəni bayram edib. "Ateletiko" rəqibini 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına fevralın 26-da yekun vurulacaq.
25 fevral
23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə)
21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)
26 fevral
23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)
23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)
18 fevral
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 0:2
"Bayer" (Leverkuzen, Almaniya) - PSJ (Fransa) - 0:4
Modern.az