Modern.az

Keçmiş məhkumdan 7 kiloqram narkotik götürüldü

Keçmiş məhkumdan 7 kiloqram narkotik götürüldü

Aktual

21 İyun 2025, 11:47

Bərdə rayonunda keçmiş məhkumdan 7 kiloqram narkotik vasitə götürülüb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb.

Onun yaşadığı ünvana baxıș zamanı yardımçı tikilidə 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran vətəndaşından əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər