Modern.az

Nazirlik: “62 nəfər insan alveri qurbanına yardım göstərilib”

Nazirlik: “62 nəfər insan alveri qurbanına yardım göstərilib”

Təhsil

20 Fevral 2014, 11:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən 2013-cü il ərzində 62 nəfər insan alveri qurbanına müvafiq yardım göstərilib.

Onlardan 44 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi, 18 nəfəri isə müxtəlif QHT-lər tərəfindən Mərkəzə yönləndirilib.

Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyininİctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, insan alverinin qurbanı olmuş şəxslərdən 11 nəfəri münasib işlərlə, 7 nəfəri sığınacaqla, 2 nəfəri maddi, 8 nəfəri psixoloji və 6 nəfəri hüquqi yardımla təmin olunub, 3 nəfəri peşə hazırlığı kurslarına cəlb edilib. Digərlərinin də cəmiyyətə reinteqrasiyası və  sosial reabilitasiyası istiqamətində aidiyyatı üzrə tədbirlər görülüb.

Mərkəz insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı məlumatlılığın artırılması və insan alverinin qarşısının alınması məqsədilə ölkənin müxtəlif regionlarında maarifləndirmə işləri də aparıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU