Modern.az

Bəşər Əsədin əmisi oğlu SAXLANILDI

Bəşər Əsədin əmisi oğlu SAXLANILDI

Dünya

21 İyun 2025, 14:54

Suriyanın yeni hakimiyyəti ölkənin sabiq prezidenti Bəşər Əsədin əmisi oğlunu saxlayıb.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Bildirilib ki, Vasim Əsəd narkotik ticarəti və bir sıra digər hüquq pozuntularında ittiham olunur.

"Suriya kəşfiyyatı və Daxili İşlər Nazirliyinin əməkdaşları Vasim Əsədi saxlamağa müvəffəq olublar. O, Suriyada ən məşhur narkotik tacirlərdən biri hesab olunur və əvvəlki hakimiyyətin cinayətlərində iştirak edib", - bəyanatda bildirilib.

SANA agentliyinin mənbələri isə bildirirlər ki, o Livanla sərhədə yaxın ərazidə saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər