Kiyevdəki Azadlıq meydanında bu dəqiqələrdə 7 nəfərin meyitinin olduğu bildirilir. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, həmin meyitlər “Kazatski” otelinin yaxınlığındadır. Onların hamısının orta yaşlı kişilər olduğu haqda da məlumat yayılıb. Özünümüdafiə dəstələrinin nümayəndələrinin iddialarına görə, etirazçıları milislər başlarından güllələyiblər.