Modern.az

Firəngiz Şərifova həmkarlarının xatirəsində: “Böyük bir aktrisamızı itirmişik”

Firəngiz Şərifova həmkarlarının xatirəsində: “Böyük bir aktrisamızı itirmişik”

Təhsil

20 Fevral 2014, 13:22


Bu gün Azərbaycanın xalq artisti Firəngiz Şərifova dünyasını dəyişib. Modern.az-a danışan həmkarları mərhumla bağlı xatirələrini bölüşüb.

Həmidə Ömərova: “Allah rəhmət eləsin. Böyük aktrisa idi. Bu, Azərbaycan mədəniyyəti, incəsənəti üçün böyük itkidir. Çox təsirləndim. Dərin hüznlə baş sağlığı deyirəm. Onun ruhu şad olsun və bütün aktyor dostlarım adından öz kədərimi bildirirəm”.

Mehriban Xanlarova: “Allah rəhmət eləsin. Yaxşı sənətkar idi. Düzdür, mən onunla çox işləməmişəm. Amma bir sənətçi, bir aktrisa kimi deyə bilərəm ki, belə bir sənətçimizi itirdik. Yenə də dəyərli sənətkarımızı itirdik”.

Elşən Rüstəmov: “Böyük bir aktrisamızı itirmişik. Mən onunla bir neçə tamaşada bir yerdə oynamışam. Sözün düzü, yadımda qalan ilk dəfə mən Gənc Tamaşaçılar Teatrında oynayanda onun  təbriki olub. İlk dəfə səhnəyə addım atan aktyoru təbrik eləməyə gəlmişdi. O heç nə demədi. Sadəcə, məni qucaqlayıb öpdü. Bu mənim yaddaşımda əbədi olaraq qalıb. Sonradan bir çox tamaşalarda oynadıq və biz ondan çox şey öyrənirdik. Allah rəhmət eləsin. Qəbri nurla dolsun”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU