Modern.az

Deputat: “Bu il maaş, pensiya və sosial müavinətlərdə artım olmayıb”

Deputat: “Bu il maaş, pensiya və sosial müavinətlərdə artım olmayıb”

Təhsil

20 Fevral 2014, 13:33


Ekspertlər yanacaq qiymətlərinin son artımından sonra əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü iddia edir. Onların müşahidəsinə millət vəkili Vahid Əhmədov da qatılaraq iddianı təsdiqləyib. O, Modern.az-a bildirib ki, yanacağın qiymət artımı baş verəndə ərzaq bahalaşmasının olacağı deyilmişdi.

“Ərzaq və ya qeyri-ərzaq məhsullarının neftin qiymətindən asılılığı iqtisadiyyatda bir aksiomadır. Odur ki, istər ərzaq, istərsə də qeyri-ərzaq mallarının bahalaşması əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. İstər ərzaq, istərsə də qeyri-ərzaq mallarının istehsalında yanacaqdan istifadə olunur. Yanacaq bahalaşanda isə bu məhsulların da qiymətində artım oldu. Əsasən də gündəlik istehlak səbətinə daxil olan məhsullarda qiymət artımı olub”.

Deputatın sözlərinə görə, 2013-cü ildə əməkhaqlarında, pensiyalarda artım baş versə də, bu il maaşlarda və pensiyalarda, eləcə də sosial müavinətlərdə hələ ki, heç bir artım olmayıb. Odur ki, bu kimi amillər də əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir edib.
“Kənarda idxal etdiyimiz məhsulların miqdarı çox olduğundan bu da ölkədə inflyasiyaya təsir edir. Çünki xarici ölkələrin əksəriyyətində inflyasiya gedir, qiymət artımı böyükdür. Biz də həmin ölkələrdən müəyyən ərzaq məhsulu idxal edirik ki, bu da Azərbaycan bazarına təsir edir”.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU