Modern.az

Bakı Dövlət Universitetində tələbələrin aksiyası keçirilib - FOTOLAR

Bakı Dövlət Universitetində tələbələrin aksiyası keçirilib - FOTOLAR

Təhsil

20 Fevral 2014, 14:26

Modern.az xəbər verir ki, bu gün Bakı Dövlət Universitetində tələbələrin aksiyası keçirilib. Aksiya iştirakçıları Nazirlər Kabinetinin bir müddət öncə qəbul etdiyi qərara etiraz ediblər.
Nazirlər  Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” təsdiq edilib və təhsil nazirinin 21 yanvar 2014-cü il tarixli əmri ilə ali təhsil müəssisələrinə həmin qərarın icra və rəhbərlik üçün qəbul edilməsi tapşırılıb.

Bu qərara görə, imtahanlar zamanı yaranan akademik borca görə tələbələr ödəniş etməlidirlər.

Tələbələr imtahanlardan kəsirə görə ödənişlərin tələb olunmasına etiraz ediblər. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tələbələrin qarşısına çıxaraq bildirib ki, bu qərar BDU-nun deyil, nazirilyin qəbul etdiyi sənəddir. 

Aksiyaya polis də müdaxilə edib. Tələbələrdən saxlanılanlar var...













Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU