Modern.az

Azərbaycanda yaşamaq üçün 30 minə yaxın əcnəbi müraciət etdi

Azərbaycanda yaşamaq üçün 30 minə yaxın əcnəbi müraciət etdi

Aktual

23 İyun 2025, 17:12

May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) 47 min 755 müraciət qeydə alınıb.

DMX-dən Modern.az-a verilən məlumata görə, müraciətlərdən 28 min 322-si əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.

Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 6 min 297 nəfər müraciət edib.

Bundan başqa, müraciətlərdən 11 min 26-sı Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 1 175-i isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı