Modern.az

Arif Rəhimzadədən İTTİHAM: “Təqsir Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsindədir” - MÜSAHİBƏ

Arif Rəhimzadədən İTTİHAM: “Təqsir Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsindədir” - MÜSAHİBƏ

20 Fevral 2014, 15:08

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə çəkişməsi davam edir. Millət vəkili çıxışlarında Dövlət Komitəsinin fəaliyyətini dəfələrlə ittiham edərək, bələdiyyələrə məxsus torpaqların xəritələrinin olmamasının müəyyən problemlər yaratdığını və bununla bağlı dövlət başçısı tərəfindən imzalananan sərəncamın icra müddətinin bitdiyini bildirib. Lakin hələ də xəritələr hazırlanmayıb. Deputat Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Dövlət Reyestr Xidməti arasında əlaqəli iş qurulmaması səbəbindən indiyə qədər xəritə hazırlanmadığını da bildirib. Modern.az məsələ ilə bağlı Arif Rəhimzadədən müsahibə alıb.

- Mənzil İstismar sahələrinin (“JEK”) bugünkü fəaliyyətini neçə qiymətləndirisiniz?

- Bizim “JEK”lərin fəaliyyətini qiymətləndirmək səlahiyyətim yoxdur. Çünki biz Mənzil İstismar sahələri kantorları ilə məşğul deyilik. Amma bilirəm ki, əhalinin gileyi və narazılığı var. İş burasındadır ki, Mənzil Məcəlləsi qəbul olunub və bu məcəllədə mənzillə bağlı bütün məsələlərin hamısının mülkiyyətçilərə aid olduğu bildirilib. Sovet dövründə çox az sayda koperativ mənzillər var idi. Amma indi demək olar ki, mənzillər hamısı özəlləşdirilib və əhaliyə verilib. Qanuna görə, vətəndaşlar özləri onların idarəetməsi ilə məşğul olmalıdırlar. Əfsuslar olsun ki, bizdə nə ictimai fəallıq var,  nə də məsuliyyəti bu sahədə heç kim öz üzərinə götürmək istəyir. Mənzil Məcəlləsində Mənzil İstismar sahələrinin heç adı da yoxdur. Məntiqə görə, Mənzil İstismar sahələri mənzilin idarə edilməsi ilə məşğul ola bilərlər, yalnız o şərtlə ki, mənzil sahibləri, mülkiyyətçilər onlarla müqavilə bağlayaraq, öz razılıqlarını versinlər. Ancaq indiki vəziyyətdə mənzil sahibkarları bu işlə məşğul olmaq istəmirlər, “JEK”lər də məcbur olub bu işi öz üzərilərinə götürürlər.
Əslində əhali bu məsuliyyəti öz üzərinə götürməlidir. Təbii ki, burada bələdiyyələrin də böyük rolu var. Onlar izahat işi aparmalı, əhalini buna sövq etməlidirlər. Bəzi bələdiyyələrdə bu fəaliyyət qurulub. Məsələn, Sumqayıtda mənzil komitələri yaradılıb. 128 mənzil komitəsindən 28-i o yerdə yaradılıb ki, əzəldən orada Mənzil İstismar sahələri olmayıb. Əslində onlar Mənzil İstismar sahələrinin funksiyalarını öz üzərinə götürüblər. Bundan başqa, dövlətin də bir qərarı olmalıdır. Yəni hansı vəzifələr Mənzil İstismar sahələrinin üzərində qalır,  onlar müəyyənləşdirilməlidir. Hətta gələcəkdə bu vəzifələr bələdiyyələrə də verə bilər.

- Mənzil İstismar sahələrinin ləğv olunaraq, onların funksiyalarının bələdiyyələrə verilməsi məsələsi nə zaman həll olunacaq?

- Mənzil İstismar sahələrinin ləğvindən söhbət getmir. Söhbət mənzillərin istismarı ilə məşğul olmaqdan gedir ki, bununla da o təşkilatlar, həmçinin “JEK” lər məşğul ola bilər. Bu şərtlə ki, vətəndaşlarla sakinlər ikitərəfli müqavilə bağlasınlar. Mənzil İstismar sahələrinin ləğvindən söhbət gedə bilməz. Çünki onların başqa xüsusiyyətləri də var. Küçələrin təmizlənməsi və s. məsələlərə də Mənzil İstismar sahələri baxır. Yəni mənzil sahibləri bu kimi işləri öz üzərilərinə götürə biməzlər. Mənzilləri idarəetmə məsələsi əhalinin öz üzərinə düşür. Bu işi özü görəcək, yoxsa hansısa təşkilatın köməyi ilə görəcək, bax bu işlər artıq mülkiyyətçinin üzərinə düşür. Yəni bu işi onlar mənzil istismar idarələrinə də verə bilərlər.

- Bələdiyyələrin dövlət reysterinin aparılması niyə hələ də həll edilməmiş qalıb?

-
Bu işdə bələdiyyələrin heç bir günahı yoxdur. Bələdiyyələrinin reysterinin aparılması ilə bağlı iş prezidentin fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə olunub. Komitə gərək sənədləri hazırlasın. Sənədlərin hazırlanması heç də asan iş deyil, çox vaxt tələb edir. Amma Komitəyə vaxt verilib. Bu sənədlər hazırlanandan, bələdiyyələrin əraziləri, sərhədləri qeyd olunandan sonra o sərhəd daxilində hansı torpaq bələdiyyənindir, hansı xüsusi mülkiyyətdir, hansı dövlət torpağıdırsa, həmin sənədlər Milli Məclisə daxil olmlıdır. Milli Məclisdə xüsusi sektor var həmin sektor bu işi axıra çatdırmalıdır. Baxmayaraq ki, həmin sektor 3 nəfərdən ibarətdir, amma üzərinə düşən i.in öhdəsindən gələ bilir. Torpaqlar reysterə alınmalı, şəhadətnamə verilməli, kompyüterə salınmalıdır.

- Belə çıxır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ölkə başçısının fərmanını yerinə yetirməyib. Yəni bələdiyyələrinin reysterinin aparılmaması birbaşa komitənin təqsiridir. Necə hesab edirsiniz, bəlkə Milli Məclisdə bununla bağlı bir şöbə yaradılsa məsələ həllini tapa bilər.

-
İş burasındadır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə bərabər, bu işin bəzi hissəsi Əmlak Məsələləri Dövlət Komitəsinə də tapşırılıb. İndi deyə bilmərəm təqsir onlardan hansındadır. Mən faktı deyirəm ki, bu günə kimi bir dənə də olsun sənəd daxil edilməyib.
2013-cü ilin yanvar ayının 1-nə kimi bu sənəndlərin hamısı nəinki Milli Məclisdə olmalı idi, hətta reysterə daxil edilməli idi. Yəni indi təqsir kimdədir, qoy bunu müvafiq orqanları özləri təyin etsinlər. Mütəxəssis çatışmazlığı varsa, qoy getsinlər mütəxəssis hazırlasınlar. Bunları deyə bilmərəm. Yalnız deyə bilərəm ki, onlara vaxt qoyulmuşdu və onlar bu işi bitirməliydilər. Məntiqlə əgər işi görə bilməyiblərsə, heç olmazsa müraciət etsinlər. Bununla bağlı verilən fərmanda düzəlişlər edilsin. Filan, filan səbəblərə görə, onlar işi 2013-cü ilin 1 yanvar tarixinə təhvil verə bilmirlər, versinlər 2015-ci və ya 2020-ci ilə və s. Kimə ki, tapşırıq verilib, onlar gərək fəaliyyətlərinə yenidən baxsınlar. Çatışmazlıqların nədən ibarətdir və ona uyğun tədbirlər görsünlər. Mən bu barədə dedim və bildirdim ki,  bununla əlaqədar məsələni aiddiyyatı təşkilatlara göndərsinlər, onlar da araşdırsınlar və cavab versinlər.

- Prezident artıq bir neçə dəfədir ki, məmurların və onların övladlarının özbaşınalığından danışdı. Onlara xəbərdarlıq edildi. Siz bir millət vəkili kimi ölkə başçısının bu fikirlərinə necə yanaşırsınız?

-
-Ölkə başçısı həmin yığıncaqlarda tək söz deməklə kifayətlənmir, o, həm də göstəriş verir. Bilirsiniz ki, Azərbaycanda korrupsiya ilə mübarizə bölməsi də yaradılıb. Burada sözlə iş bitmir. Bütün təşkilatlar özləri üçün nəticə çıxarıblar və bu istiqamətdə hər biri işləyir.

- Siz açıqlamalarınızda Rüstəm İbrahimbəyovun qardaşı Maqsud İbrahimbəyovla dostluq əlaqələrinizin olduğunu bildirmişdiniz. Hələ də bu dostluq münasibətləri davam edirmi?

-  Əlbətdə davam edir. Dost ömürdə bir dəfə olur. Hər dəqiqədə bir dost tutmaq düz deyil və tərəfdarı da deyiləm.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...