Venesuelada müxalifətin hakimiyyət əleyhinə keçirdiyi etiraz aksiyası zamanı Karabobo ştatında gözəllik müsabiqəsinin qalibi olan Xenesis Karmonu güllələyiblər. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, insident ölkənin şimalındakı Valensiya şəhərində baş verib.
Məlumatda qeyd edilir ki, motosikletlə hərəkət edən naməlum şəxslər etiraz edən qrupa yaxınlaşaraq atəş açıblar. Gözəllik yarışının 22 yaşlı qalibi başından yaralanaraq xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib. Xenesis Karmona Valensiya universitetinin tələbəsi idi. 2013-cü ildə tələbə qız Karabbo ştatının “Miss turizm-2013” adını qazanmışdı.