Modern.az

“Əzizbəy-KM” MMC-nin vəzifəli şəxsləri həbs edilib

“Əzizbəy-KM” MMC-nin vəzifəli şəxsləri həbs edilib

Təhsil

20 Fevral 2014, 16:08


“Əzizbəy-KM” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri faktına görə başlanmış cinayəi işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir. Bu barədə Modern.az-a prokurorluğun mətbuat xidmətin məlumat verilib.

Prokurorluqdan bildirilib ki, aparılmış istintaqla Bakı şəhərində fəaliyyət göstərən qeyd edilən MMC-nin təsisçisi Fuad Mirzəyevin cəmiyyətin direktoru Akif Bağırovla  qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi ilə inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan iş üzrə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

Hazırda iş üzrə istintaq davam etdirilir.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU