Yazıçı-publisist Həmid Herisçi Ermənistanın eks-prezidenti Robert Köçəryanla Azərbaycan jurnalsitlərinin birgə əks olunduğu fotoşəkil təqdim edib. Modern.az saytının xəbərinə görə, Herisçi fotoşəklin 1998-ci ildə çəkildiyini yazıb və bununla bağlı maraqlı tarixşı açıqlayıb.
“Erməni mətbuatı, erməni ədəbi mühiti ilə son təmasım 1998-ci ildə Ermənistana yollanan ilk Azərbaycan jurnalistlərinin tərkibində olarkən baş verdi. Ermənistan Yazarlar Birliyinin sədri Qrant Matovasyandan aldığım müsahibə, məncə, indi də öz dəyərini itirməyib. Yerevanda təzəcə seçilmiş prezident Robert Köçəryanla üzbəüz söhbətim də çox maraqlı idi... O vaxt, Ki-Uest danışıqlarını süquta uğratmaq xatirinə Rusiya Ermənistanda saray çevrilişi etmiş, Levon-Ter Petrosyanı istefaya göndərərək, hakimiyyəti Köçəryana ötürmüşdü. Qısası, Qarabağı udmuş səhra komandiri Yerevanı da qatlayıb vurmuşdu qoltuğuna. Azərbaycan jurnalistləriylə görüşünü də, həmişəki kimi, qələbəylə bitirmək xəyalındaydı. Söhbət zamanı, 1998-ci il neft bazarında baş vermiş qiymət enişinə işarə vuran Köçəryan qeyd etdi ki, “neft ixrac edən ölkələr bankrotdurlar, neftə güvənərək bizi üstələyə bilməzsiz”. Həmin andaca sual səsləndirdim:
- Cənab prezident, “neft ixrac edən ölkələr bankrotdur” dedikdə, siz ilk olaraq Rusiyanımı nəzərdə tutursunuz, yəni Ermənistanın baş müttəfiqini, baş sponsorunu?...
Köçəryan rəng verib, rəng aldı. Rusiyanı bankrot elan etmək, bəli, ağır məsələ idi onun üçün... O, sualıma nəsə qarışıq cavab versə də, hamı qarşısında sarsıldı... Qarabağ qalibi quş buraxdı, Azərbaycan qələm sahiblərinə qalib gələ bilmədi... Bu maraqlı səhnənin lent yazıları indi də durmalıdır, “Space” kanalı bunu lentə alırdı...
Körçəryan bundan sonra məni yanına çağırıb, fotoqraflara göz vuranda, dedim ki, Ermənistan prezidenti ilə təkbətək şəkil çəkdirmək istəmirəm. Cavabında “Siz yamanca peşəkarsız, sizi xüsusi nümunəvi atıcı kimi göndəriblər bura?” kəlməsini eşitdim. Heyət üzvlərimiz yığıldı, şəkil çəkdirdik”.
Modern.az