Modern.az

Azərbaycanlı deputatlar CAR prezidentinin parlamentə hesabatını dinləyiblər

Azərbaycanlı deputatlar CAR prezidentinin parlamentə hesabatını dinləyiblər

Təhsil

20 Fevral 2014, 21:10
Cənubi Afrika Respublikasında (CAR) səfərdə olan Azərbaycan Milli Məclisi nümayəndə heyətinin üzvləri Tahir Rzayev, Fazil Mustafa və Azər Badamov CAR parlamentinin Təhsil komissiyasının sədri xanım Nomalunqela Gina ilə görüş keçiriblər. 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan-Cənubi Afrika parlamentləri arasında münasibətlərin gələcək perspektivləri müzakirə olunub. 

Azərbaycanın millət vəkilləri CAR-dan olan həmkarlarına Azərbaycan ərazilərinin işğalı və ermənilərin Xocalıda törətdiyi qətliam barədə məlumat verib, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin vacibliyini vurğulayıblar.   Sonra Milli Məclisin üzvləri CAR prezidenti Cakob Zumanın parlamentə həftəlik hesabatını iclas zalında dinləyib, ardınca parlamentin fəaliyyəti ilə tanış olublar. 


Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU