Modern.az

Ərdoğan Trampla bir arada: nələr müzakirə edildi? - FOTOLAR

Ərdoğan Trampla bir arada: nələr müzakirə edildi? - FOTOLAR

Dünya

25 İyun 2025, 07:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla NATO-nun Haaqada keçirilən sammiti çərçivəsində görüşüb. 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsi məlumat yayıb.

Məlumata görə, görüşdə ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə olunub.

Ərdoğan bildirib ki, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollar hədəfinə çatdırmağı asanlaşdıracaq.

O, Trampın səyləri ilə İsrail və İran arasında əldə olunmuş atəşkəs rejimini məmnuniyyətlə qarşılayıb və bunun daimi olacağına ümidvar olduğunu bildirib.

Türkiyə Prezidenti Qəzzada baş verən humanitar faciənin tezliklə başa çatmasında və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində sıx dialoqun vacibliyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi