Modern.az

Çin lideri BRİCS sammitində iştirak etməyəcək

Çin lideri BRİCS sammitində iştirak etməyəcək

Dünya

25 İyun 2025, 09:08

Çin Sədri Si Cinpin iyulda Rio-de-Janeyroda keçiriləcək BRİCS sammitində iştirak etməyəcək.

Modern.az-ın məlumatına görə, bu barədə mənbələrə istinadən "South China Morning Post" (SCMP) qəzeti yazıb.

Vəziyyətlə tanış olan adı açıqlanmayan rəsmilər nəşrə bildiriblər ki, Pekin Braziliya hökumətini sammitdə Çin nümayəndə heyətinə Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Syanın rəhbərlik edəcəyi barədə məlumat verib.

Çin liderinin sammitdə iştirak etməməsinə səbəb kimi göstərilir ki, Si Cinpin artıq bir ildən az müddətdə Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə iki dəfə görüşüb: əvvəlcə ötən ilin noyabrında Braziliyada keçirilən G20 sammitində, sonra isə may ayında Pekində Çin-Latın Amerikası və Karib hövzəsi ölkələrinin icması forumunda.

Hələlik məlumatın rəsmi təsdiqi yoxdur.

Qeydd edək ki, sammit 6–7 iyul tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu