Modern.az

“İlyas İsmayılov düzgün danışmır” - Gəncə şəhər İcra Hakimiyyəti

“İlyas İsmayılov düzgün danışmır” - Gəncə şəhər İcra Hakimiyyəti

Təhsil

20 Fevral 2014, 22:30

“Prezident İlham Əliyevin insan amilinə söykənən inkişaf strategiyası və  vətəndaşların müraciətinə baxılması Gəncə Şəhər İcra Hakimiyyətinin prioritet məsələlərindəndir.
Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaşların yazılı və şifahi müraciətlərinə baxılması məsələləri şəxsən Şəhər İcra Hakimiyyəti başçısının nəzarətində saxlanılır, öyrənilir, müntəzəm olaraq şuralarda, aparat müşavirələrində və iclaslarda müzakirə olunur və əldə olunmuş nəticələrdən asılı olaraq müvafiq tədbirlər görülür”.

Bu açıqlamanı Modern.az saytına Gəncə şəhər İcra Hakimiyyəti Ədalət Partiyasının sədri İlyas İsmayılovun Gəncənin icra başçısı Elmar Vəliyevla bağlı iddialarına cavab olaraq verib.

Qeyd edilib ki, 2013-cü ildə Ədalət Partiyası tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinə ünvanlanmış bütün müraciətlərə qanuna müvafiq olaraq vaxtında cavab verilib.

”Hətta 2013-cü il prezident seçkiləri zamanı Ədalət Partiyasının Gəncə şəhərində seçiciləri ilə görüşü keçirilib. 2014-cü ildə isə Ədalət Partiyası tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb”-deyə Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib.

Xatırladaq ki İlyas İsmayılov bu gün yaydığı açıqlamada bildirib ki, Ədalət Partiyasının Gəncədə mitinq keçirmək üçün şəhər İcra Hakimiyyətinə etdiyi müraciət cavabsız qalıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU