Yaşı 60 və daha yuxarı olan insanların oturduqları hər bir saat onların şikəst olmaq riskini ikiqat artırır. Bu, fiziki cəhətdən problemi olmayan insanlara da aiddir. Amerikalı alimlər bu barədə araşdırma aparıblar. Tədqiqatlarda yaşı 60-dan yuxarı olan 2286 nəfər iştirak edib. Məlum olub ki, gün ərzində 12 saat oturan yaşlı insanlarda şikəstlik riski 50 faiz artır. Məlumatda bildirilir ki, əksəriyyətin oturaq həyat keçirdiyi Amerikada 56 milyondan artıq əlil var.
Gülşən Raufqızı