
“Sistem düz işləyir. Bu problem tıxaclarla, avtobusların tıxacdan gec, tez çıxmağı ilə bağlıdır”.
Bunu
Modern.az-a Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib. Qeyd edək ki, avtobus dayanacaqlarında quraşdırılan monitorlarda marşrutların gəlmə vaxtı göstərilir. Lakin monitorda göstərilən vaxtla avtobusun gəlmə vaxtı çox zaman üst-üstə düşmür. Avtobuslar qeyd olunan vaxtdan tez və ya gec gəlirlər:
“Monitorlar düz işləyir. Sadəcə, hələ cədvəli nizamlamaq olmur. Bəzi yerlərdə avtobuslar hərəkət cədvəlindən çıxır. İndi biz ona qarşı da mübarizə aparacağıq. Avtobuslar hərəkət sxemindən çıxanda təbii ki, bir qədər gec çatır. Amma o sistem düz işləyir”.
Misranə Həsənzadə