Modern.az

Goranboyda 36 yaşlı qadın itkin düşdü

Goranboyda 36 yaşlı qadın itkin düşdü

Hadisə

25 İyun 2025, 15:36

Goranboyda 36 yaşlı qadın itkin düşüb.

Modern.az-ın xəbərinə görə, Goranboy rayon Yeniyol kənd sakini, 1989-cu il təvəllüdlü Qarayeva Samirə Əbülfət qızı iyunun 12-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində ağ köynək, qara şalvar, qara ayaqqabı olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinin 022 245 30 72 şəhər və 055 885 66 02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?