Modern.az

Yanukoviçlə 9 saatlıq görüş başa çatdı

Yanukoviçlə 9 saatlıq görüş başa çatdı

Təhsil

21 Fevral 2014, 10:59


Almaniya və Polşanın xarici işlər nazirlərinin Ukrayna prezidenti Viktor Yanukoviç və müxalifət liderləri ilə dünən saat 22:30-da başlayan danışıqlar bu gün yerli vaxtla 7:30-da başa çatıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, Polşa və Almaniyanın xarici siyasət idarələrinin rəhbərləri Frank-Valter Ştaynmayerlə Radoslav Sikorski Prezident administrasiyasından çıxarkən jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər. Diplomatlar bu gün Yanukoviçlə Ukraynadakı daxili böhranın həlli yollarının tapılması məqsədilə daha bir görüş keçirəcəklər.

“Danışıqlar davam edir. Nahara kimi prezidentlə daha bir görüş keçirməyi planlaşdırırıq”, - bunu Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin rəhbəri Yan Tombinski bəyan edib.

“Batkivşina” fraksiyasının lideri Arseniy Yatsenyuk, “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok və “UDAR” partiyasının rəhbəri Vitali Kliçko Prezident Administrasiyasının digər girişindən çıxdıqlarından jurnalistlər suallarını verə bilməyiblər.

Xatırladaq ki, avropalı diplomatlar dünən də Yanukoviçlə 6 saatlıq danışıq aparmışdılar.

Modern. az
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU