Modern.az

Xocalı soyqırımını tanıtım aksiyası Nyu-Yorkda davam edir - FOTOLAR

Xocalı soyqırımını tanıtım aksiyası Nyu-Yorkda  davam edir - FOTOLAR

Təhsil

21 Fevral 2014, 11:03

Xocalı həqiqətləri yerüstü və yeraltı hərəkət marşrutlarında əks olunur

 Azərbaycan Amerika Alyansının təsisçiisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyası Nyu-Yorkda davam edir.  Nyu-York metro stansiyalarına Xocalı soyqırımından bəhs edən  posterlər yerləşdirilib. Stansiyalarının sayına görə dünyanın ən iri metropoliteni olan Nyu York metrosunun 34 stansiyasında bərkidilən posterlər bu nəqliyyat vasitəsindən istifadə edən insanları da Xocalı qətliamından xəbərdar edir.  Kampaniyanın daha bir istiqaməti mobil proyeksiya vasitəsilə Nyu-Yorkun mərkəzi küçələrində yerləşən binalar üzərində əks olunan qrafik görüntüdən ibarətdir.  Аxşam və gecə saatlarında insanların sıx toplaşdığı yerlərdən keçən, üzərinə xüsusi qurğu bərkidilmiş nəqliyyat vasitəsi Xocalı faciəsinin həqiqətlərini daş tikililər üzərində işıqlandıraraq bir daha diqqəti Azərbaycan tarixinin ən dəhşətli səhifəsinə yönəldir.

Aksiyanın gedişatı ilə www.azerbaijanamericaallliance.org saytından, 

www.facebook.com/pages/Azerbaijan-America-Alliance səhifəsindən tanış ola bilərsiniz.











Modern.az
                                                

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU