Modern.az

Kiyev qırğınından sonra prezident növbədənkənar seçkilərə razılaşdı

Kiyev qırğınından sonra prezident növbədənkənar seçkilərə razılaşdı

Təhsil

21 Fevral 2014, 11:47

Ukrayna prezidenti Viktror Yanukoviçlə danışıqların nəticəsində 2004-cü il Konstitusiyasına qayıtmaq, koalisiya hökumətinin formalaşdırılması və dekabr ayında növbədənkənar prezident seçkilərinin keçirilməsi razılaşdırılıb. Modern.az saytı Ukrayna KİV-lərinə istinadən bildirir ki, bunu heç bir fraksiyada təmsil olunmayan deputat Oleq Lyaşko bəyan edib:

“Mən səhərə kimi Yanukoviçlə aparılan danışıqların nə ilə nəticələndiyini öyrənmişəm. Danışıqlarda iştirak edən tərəflər 48 saat ərzində 2004-cü il Konstitusiyasının qaytarılmasını, 10 gün ərzində koalisiya hökumətinin yaradılmasını və dekabrda növbədənkənar prezident seçkilərinin keçirilməsinə razılaşıblar”.

Modern. az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU