“Fevral ayından başlayaraq “Azəriqaz” İstehsalat Birliyi abonentlərə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində öz xidmətlərini təklif edir. Yaşadığı ərazidən asılı olmayaraq bütün abonentlərə 5 növ xidmət göstəriləcək”. Bunu Modern.az- açıqlamasında “Azəriqaz” İB-nin mətbuat katibi Araz Ağayev deyib. O, qeyd edib ki, xidmət üçün heç bir rüsum tələb olunmur. Yalnız itirilmiş smart-kart üçün 5 manat dövlət rüsumu tələb edilir.
Gələcəkdə “Azəriqaz” xidmətlərin sayının artırılması, habelə Gəncə və Sumqayıt şəhərlərini əhatə etməsi nəzərdə tutulub.
Gülşən Raufqızı