Modern.az

Paşinyan daha bir erməni keşişi cəzalandırır

Paşinyan daha bir erməni keşişi cəzalandırır

Dünya

26 İyun 2025, 17:57

Ermənistanın Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapaxyana cinayət işi açılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, M.Ajapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci (Hakimiyyəti qəsb etməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtina etməyə və ya konstitusiya quruluşunu zorakılıqla devirməyə açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər