Modern.az

Bred Pitin evinə oğru girdi

Bred Pitin evinə oğru girdi

Dünya

27 İyun 2025, 08:37

Hollivud aktyoru Bred Pitin evindən oğurluq edilib.

Modern.az xəbər verir ki, bu barədə "NBC News" kanalı iki hüquq-mühafizə mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Los-Anceles polisi oğurluq hadisəsini araşdırır. Aktyor oğurluq zamanı evdə olmayıb.

Rəsmilərin dediyinə görə, oğrular evi qarət edərək naməlum miqdarda əmlakı ələ keçiriblər. Oğurlanan əşyaların dəyəri açıqlanmayıb.

Bildirilib ki, polis evin qarşısındakı hasarı aşaraq pəncərədən içəri girən 3 nəfəri axtarır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI