Modern.az

Bakı Şəhər İcra Hakimiyyətində “92-ci ilin qarı”...

Bakı Şəhər İcra Hakimiyyətində “92-ci ilin qarı”...

Təhsil

21 Fevral 2014, 12:48

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “92-ci ilin qarı” adlı tədbir keçirib.

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman açıb. O, 1988-ci ildən başlanan Ermənistan-Azərbaycan münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri olan Xocalıda baş verən soyqırımdan danışıb. Daha sonra tədbir iştirakçıları Xocalıda qətlə yetirilənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

İcra Hakimiyyətinin Xarici əlaqələr və investisiya proqramları Departamentinin sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov isə  Xocalı soyqırımının bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu deyib. “Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır”.

Tədbirin sonunda “92-ci ilin qarı” filmi nümayiş olunub.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU