Modern.az

Ekspert: “ABŞ-ın əsas məqsədi Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır”

Ekspert: “ABŞ-ın əsas məqsədi Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır”

Təhsil

21 Fevral 2014, 13:24

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindin biri olan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli proseslərinə Türkiyəni cəlb etmək kimi bir tendensiya müşahidə olunur.  Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə Türkiyəyə səfərini şərh edərkən bildirib ki, ABŞ-ın məqsədi Qarabağ problemi ilə bağlı rəsmi Ankaranın fikrini öyrənməkdir. ABŞ doğrudanmı, ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyəni danışıqlar masası ətrafına cəlb etmək niyyətindədir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az saytına deyib ki, rəsmi Vaşinqtonun əsas məqsədi heç də Türkiyəni Dağlıq Qarabağ konfliktinin nizamlanmasına cəlb etmək deyil.  Ekspertin fikrincə, ABŞ-ın əsas hədəfləri Türkiyə-Ermənistan sərhədlərinin açılmasına və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına yönəlib: “Ağ Ev hesab edir ki, Türkiyə Ermənistanla diplomatik münasibətlər qursa, guya bu amil Dağlıq Qarabağ probleminə müsbət təsir edər. Digər tərəfdən, ABŞ bununla Ermənistanın Rusiyadan asılılığını aradan qaldırmaq istəyir”.

E.Şahinoğlunun fikrincə, amerikalı həmsədrin Türkiyəyə səfərinin də əsas məqsədi bu olub: “Əslində Türkiyəyə səfər etmək heç Uorlikin mandatına daxil deyil”.

Onun sözlərinə görə, digər ABŞ diplomatları olduğu təqdirdə amerikalı həmsədrin Türkiyəyə səfəri bir növ Azərbaycana mesajdır: “Ancaq Türkiyə hökuməti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmayana qədər Ermənistanla heç bir diplomatik əlaqələr olmayacaq. ABŞ nə qədər təzyiq etsə də, Ankara bu siyasətindən vaz keçməyəcək”.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU