Modern.az

Türkiyənin 5 bölgəsində meşə YANIR

Türkiyənin 5 bölgəsində meşə YANIR

Dünya

27 İyun 2025, 16:19

Türkiyənin beş bölgəsində - Tekirdağ, Sakarya, İzmir, Antalya və Kahramanmaraşda meşə yanğınları baş verib.

Modern.az xəbər verir ki, hazırda hava və quru vasitələri ilə yanğınlarla mübarizə davam edir.

Bu bölgələrə ümumilikdə 6 yanğınsöndürmə təyyarəsi, 10-dan artıq helikopter və çox sayda xüsusi texnika cəlb edilib.

Qeyd edək ki, İzmirdə baş verən meşə yanğını ilə mübarizə artıq bir neçə gündür davam edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu