Modern.az

Fəzail Ağamalı: “Bu savaşın arxasında böyük Rusiya durur”

Fəzail Ağamalı: “Bu savaşın arxasında böyük Rusiya durur”

Təhsil

21 Fevral 2014, 13:34


“Çox təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu işğalçı dövlətə paralel siyasət aparır. Bu çox böyük ədalətsizlikdir”. Modern.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən “92-ci ilin qarı” adlı tədbir zamanı çıxış edən millət vəkili Fəzail Ağamalı deyib.

Deputat vurğulayıb ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli, bəşəriyyətin insanlığa, humanizmə qarşı törədilmiş tarixi bir cinayətdir. “Bu cinayətin tarixi kökləri olduqca dərindir. Ermənilər 300 ildir ki, Azərbaycan torpaqlarını işğal edir və bu torpaqlarda öz dövlətlərini qurmaq üçün ölkəmizə qarşı savaşa başlayıb. Bu savaşın arxasında böyük Rusiya durur. Tarix sübut edir ki, ermənilər heç zaman azərbaycanlılardan yüksək keyfiyyətlərə malik olmayıblar”, - deyə deputat qeyd edib.  

Namidə Bingöl
 
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU