Modern.az

Məhbuslar Milli Şuraya üzv olmaq istəyir

Məhbuslar Milli Şuraya üzv olmaq istəyir

21 Fevral 2014, 13:48

“Milli Şuraya üzv olmaq üçün xeyli sayda insan müraciət edib. Üzvlüyə müraciət edənlər arasında ziyalılar, QHT və media nümayəndələri də var. Milli Şuraya həbsxanada və xarici ölkədə yaşayan insanlar da qoşulmaq istəyirlər”.

Bunu Modern.az-a Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev deyib. Onun sözlərinə görə, hazırda üzvlüyə qəbulla bağlı sistemləşdirmə gedir. Növbəti sessiyadan başlayaraq, üzvlüyə qəbulla bağlı məsələ müzakirə ediləcək”.

O.Gülalıyev qeyd edib ki, Milli Şura üzvlərinin sayında limit tətbiq edilmir: “Üzvlərin qəbulu başa çatandan sonra qurum üzvlərinin sayı açıqlanacaq. Hesab edirəm ki, bu prosesdən sonra Milli Şura üzvlərinin sayı əvvəlkindən də çox olacaq”.

Qeyd edək ki, Milli Şura yarananda 129 üzv var idi. Qurumdakı istefalardan sonra bu rəqəm 88-ə enib.

İlkin

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU