Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ictimaiyyətlə əlaqə və mətbuat xidməti şöbəsinin yaranmasının 5 illiyi münasibətilə tədbir keçirilib. Modern.az-ın məlumatına görə, ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov giriş sözü ilə çıxış edib.
“5 il bundan əvvəl Zeynəb Kazımova məndən xahiş edərək ADU-da yeni qəzetin açılmasını xahiş etdi. Bundan sonra ictimaiyyətlə əlaqə və mətbuat xidməti şöbəsinin əsasi qoyuldu”.
Rektor qeyd edib ki, bu gündən sonra universitetdə İnformasiya, ictimaiyyətlə əlaqələr Departamenti yaradılacaq. Departamentin tərkibində 3 şöbə fəaliyyət göstərəcək: mətbuat, protokol və nəşriyyat.
İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsinin müdiri Zeynəb Kazımova isə çıxışında yeni çapdan çıxmış “Azərbaycan Dillər Universiteti – 2008-2013 (KİV materialları əsasında)” adlı kitab haqqında danışıb.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da çıxış ediblər.
Sonda ADU-nun fəaliyyətini geniş işıqlandıran KİV nümayəndələri mükafatlandırılıb.
Rafiq Qənbərov